24 tura 21 xal yığan və turnir cədvəlinin 16-cı pilləsində mövqe tutan "Konyaspor" rəhbərliyi yeni baş məşqçiylə anlaşıb.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Mehmet Özdiləkin gedişindən sonra boş qalan posta yerli mütəxəssis gətirib.
XXIV turda öz meydanında "Yeni Malatyaspor"a məğlub olan (0:1)konyalılar Yalçınla anlaşdıqlarını bildiriblər. Sabiq yarımmüdafiəçi martın 6-da müddəti mövsümün sonuna qədər olan müqaviləyə imza atacaq.
Fanat.Az