"Barselona”nın kapitanı Andres İnyesta zədələnib. Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi La Liqanın XXVII turunda "Atletiko” ilə (1:0) oyunda sıradan çıxıb.
Əzələsi dartılan və görüşün 36-cı dəqiqəsində əvəzlənən 33 yaşlı ulduz təxminən 1 ay "Barsa" ya kömək edə bilməyəcək. Bu, onun Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi” ilə cavab görüşündə oynamayacağı deməkdi.
İnyesta İspaniya millisinin martın 23-də Almaniya, 27-də Argentina ilə keçirəcəyi yoldaşlıq oyunlarını da buraxacaq.
Fanat.Az