Ötən həftə "Marsel"lə matçda ayaq biləyi burxulan və sümüyündə qırıq aşkarlanan Neymar ölkəsi Braziliyada əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, futbolçunun sağlamlıq durumunda problem olmadığı açıqlanıb. Neymarı əməliyyat edən həkim, onun 3 aya sağalacağını bildirib. Braziliyalı ulduzun bu mövsüm forma geyəcəyi çətin görünür.
Oyunçunun dünya çempionatı ərəfəsində meydanlara dönəcəyi gözlənilir.
Fanat.Az