Cənubi Kiprin "Anortosis" klubu Araz Abdullayevin transfer hüququnu almaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə "Protathlima" xəbər yayıb.
Kiprlilər Arazı "Qəbələ"dən icarəyə götürüb. Futbolçumuzun oyunu klub rəhbərliyini və məşqçilər korpusunu razı saldığından, onun transfnr hüququnu almaq istəyirlər. Bildirilir ki, "Qəbələ" futbolçunun transferi üçün 150 min avro tələb edir. Bu isə hazırkı məzənnə ilə 315 min manata yaxındır. "Anortosis" rəhbərliyi bu məbləği endirməyə çalışacaq.
Qeyd edək ki, Araz Abdullayev "Anortosis"in heyətində 22 oyun keçirərək 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az