Kamran Quliyevin AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən "Neftçi”yə göndərilməsi "Sumqayıt”ın məşqçilər korpusunda qıcıq yaradıb.
Fanat.Az-ın məlumatına görə, klub prezidentinin avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandanı qoyub getməsi baş məşqçi Samir Abasov və köməkçiləri tərəfindən yaxşı qarşılanmayıb. Abasov başqanın şəxsi mənafeyini "kimyaçılar”ın Avroliqa arzularından üstün tutmasını köməkçiləriylə söhbətdə xəyanət adlandırıb. Mütəxəssis öz aralarındakı müzakirə zamanı "Sumqayıt”ı yarıyolda atıb Quliyevin yanına yollanmağı ağlından belə keçirmədiyini deyib. Onun mövqeyiylə Kamran bəylə yanaşı, Sumqayıt klubunu Bakı təmsilçisinə dəyişən Ceyhun Sultanov da tanışdı.
Fanat.Az