15:44 06.03.2018 1699

İki universal ağır atletika kompleksinin açılışı oldu - FOTO/VİDEO

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ölkədə idmanın inkişafına öz töhfəsini verməkdə davam edir. Bu baxımdan sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması çox böyük əhəmiyyət daşıyır. Yeni ağır atletika zal və komplekslərinin açılışları da atılan addımlar çərçivəsindədir.

Mart ayının 5-də, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF iki şəhər – Sumqayıt və Bakıda universal ağır atletika komplekslərinin açılışını edib.
Sumqayıtda Heydәr Əliyev prospekti, 18-ci məhəllə, 37A ünvanında yerləşən Kompleksin açılış mərasimində AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər. Lent kəsiləndən sonra qonaq və rəsmi şəxslərə Kompleks barədə məlumat verilib, məkanın işi ilə tanış ediliblər. Qeyd olunub ki, burada eyni anda 50-yə yaxın ağır atlet və digər güc idman növləri – bodibildinq, pauerliftinq, krossfit və başqaları – idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Kompleksdə paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.

Daha bir açılış isə günün ikinci yarısında baş tutub. "Zirvə” Beynəlxalq İdman Klubları və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə layihəsi paytaxtın Azadlıq prospekti, 154 ünvanında inşa edilmiş universal ağır atletika Kompleksidir. Açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib. O lenti kəsəndən sonra burada yaradılan şəraitlə tanış olub. Ona məlumat verilib ki, Kompleksdə ağır atletika, bodibildinq, pauerliftinq, krossfit və fitnesslə məşğul olmaq üçün bütün şərait yaradılıb. Məkanda gün ərzində 500-ə yaxın idmançının peşəkar məşq etmə imkanı var. Kompleks ən müasir avadanlıqlarla təchiz olunub, hər idman növünə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, müxtəlif güc idman növlərində uğur qazanmış atletlər, təcrübəli həkim və masajçılar, məşqçilər çalışacaqlar.

Azərbaycan Ağır Atletika Federasiyası hər il 20-yə yaxın ağır atletika zal və Komplekslərinin açılışı, təmir-bərpa işlərini həyata keçirir. 2017-ci ildə Qobustan şəhərində yerləşən mərkəzi ağır atletika zalı, "Spartak” Könüllü İdman Cəmiyyətinin Ramanada yerləşən zalı, "Təhsil” Respublika İdman Mərkəzinin 1 N-li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun bazasındakı ağır atletika zalı, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və digərlərində əsaslı təmir-bərpa işləri aparılıb, avandanlıqlar yenilənib, məşq üçün maksimal şərait yaradılıb. Bununla yanaşı, Astara şəhərindəki AAAF Park Yaşayış Kompleksində yerləşən ağır atletika üzrə yeni təlim-məşq bazasının açılışı da həyata keçirilib. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.

AAAF bu işləri 2018-ci ildə də davam etdirəcək.

 



 
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X