AFFA-nın baş katibi Elxan Məmmədov "Sumqayıt"la bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, baş katib klubun prezidenti vəzifəsinə 3 namizəd var:
"Namizədlər var, biri də Riyad Rəfiyevdi. Mənə yaxınlaşıb dedi ki, klubdan ona müraciət gəlib. AFFA-nın əvvəlki əməkdaşlarından və hazırkı rəsmilərindən birinə də təklif gəlib. 3 nəfər namizəd var. Bizdə çalışan əməkdaşları tövsiyə edə bilərik. Çünki bizdən soruşurlar. Müxtəlif beynəlxalq tədbirlərlə bağlı da müraciətlər də olur. AFFA-da işləyən adam o demək deyil ki, ömürlük burda qalmalıdı. Bəlkə sabah mənə də təklif gəlsə, Rövnəq müəllimə müraciət edib gedə bilərəm. AFFA-dan kimsə hansısa kluba gedirsə, bu o demək deyil ki, qurum öz adamını ora göndərdi. Gəlin, bu məsələyə şübhəli yanaşmayaq”.
Fanat.Az