"Tottenhem”in hücumçusu Harri Keyn klubunu dəyişməyəcək.
Fanat.Az "San” nəşrinə (The Sun) istinadən xəbər verir ki, forvard rəhbərliyə daha bir mövsüm klubunda qalacağıyla bağlı söz verib. Həftəlik 100 min funt-sterlinq maaş alan Keynin tələbi də var. O, əməkhaqqının nəzərəçarpan dərəcədə artırılmasını istəyir.
Qeyd edək ki, Madrid "Real”ının maraq dairəsində olan hücumçunun transfer dəyəri 200 milyon avrodu.
Fanat.Az