"Qarabağ" "Neftçi" ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Miçelin xidmətindən məhrum olub.
Belə ki, 32 yaşlı ispan yarımmüdafiəçi cəzalı duruma düşüb. "Zirə" ilə oyunun 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Miçel mövsüm ərzində 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşüb. Bu səbəbdən o, Premyer Liqanın XX turu çərçivəsində "Neftçi" ilə baş tutacaq oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Miçel cari mövsümdə meydana çıxdığı 26 rəsmi qarşılaşmada 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az