Çexiyanın elita təmsilçilərinin U-21 komandaları arasında təşkil edilən çempionatda XXI turun oyunlarıkeçirilib.
Fanat.Az xəbər verir ki, Fərid Nəbiyevlə Rövlan Muradovun komandası - "Slaviya”nın U-21-i də növbəti matçına çıxıb. Praqa təmsilçisi səfərdə"Bohemians”la qarşılaşıb. Oyun "Slaviya”nın 2:3 hesablı yenilgisiylə başa çatıb. Nəbiyevin oynamadığı matçda Muradov "11-lik”də yer alıb və final fitinədək meydanda olub. O, komandasının qollarından birini vurub.
29 xalı olan "Slaviya”nın U-21-i turnir cədvəlində 8-ci pillədədi.
Fanat.Az