Topaz Premyer Liqasının XX turu çərçivəsində sabah"Qarabağ”la üz-üzə gələcək "Neftçi”matçın hazırlıqlarını davam etdirir.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bakılılar çempionla oyuna tam heyətlə hazırlaşır. Məşqdə zədə alan Derlis Meza Kollinin ayağında sınıq ola biləcəyi ehtimal edilsə də, müayinə zamanı zədənin yüngül olduğu üzə çıxıb. Yarımmüdafiəçi "Qarabağ”a qarşı oynaya biləcək.
Qeyd edək ki, "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qarabağ” görüşünün start fiti 18:00-da veriləcək.
Fanat.Az