"Qarabağ”ın qapıçısı İbrahim Şehiç növbəti dəfə ölkəsinin millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki Şehiçdən başqa daha iki qapıçıya dəvət göndərib. Maraqlıdır ki, "köhlən atlar”ın qolkiperinin seçmədəki əsas rəqibi – Asmir Beqoviç 23 nəfərlik heyətdən kənarda qalıb. Bosniya və Herseqovina Futbol Federasiyasının saytınadanışan Prosineçki Beqoviçə istirahət verdiyini bildirib.
Qeyd edək ki, Bosniya və Herseqovina martın 23-də Bolqarıstan, 27-də isə Seneqalla yoldaşlıq oyunları keçirəcək.
Fanat.Az