Həbsdən çıxan azərbaycanlı futbolçudan möhtəşəm qol - VİDEO
Hazırda "Zaqatala" klubunda çıxış edən futbolçu Nicat Muxtarov həbsdən çıxdıqdan sonra ilk qolunu vurub.
Fanat.Az sportnet.az-a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan I Divizionunun XVIII turunda "Turan Tovuz"la səfər matçında möhtəşəm qola imza atıb. O, 6-cı dəqiqədə fərqlənməklə, komandasına qələbə qazadırıb - 1:0.
Bu qələbə sayəsində "Zaqatala" xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb. "Turan Tovuz" isə 25 xalla 6-cıdır.
Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" komandasında çıxış etdiyi vaxt - sentyabrın 9-da və 15-də yerli telekommunikasiya qovşağına məxsus, ümumilikdə, 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.