"Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib.
Fanat.Az-ın məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün haqq dünyasına qovuşub. Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. "Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra "Medical Plaza”ya köçürülmüşdü.
Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib. Artıq mərhum çalışdırıcının Keşlə qəbiristanlığında torpağa tapşırılacağı da bəllidi.
Fanat.Az