Avropa Liqasının 1/8 finalının cavab oyunları çərçivəsində reallaşan "Lion” - ÇSKA (2:3) oyunundan öncə insident yaşanıb.
Fanat.Az "L’Equipe” nəşrinə istinadən xəbər verir ki, rus fanatlar fransızlara hücum ediblər. Dava-dalaş start fitinə sayılı dəqiqələr qalmış başlayıb. Hadisəyə polis müdaxilə edib. Aranı sakitləşdirmək üçün polis gözyaşardıcı qazdan yararlanıb. Olay zamanı 8 polis əməkdaşı yaralanıb, 3 nəfər həbs olunub.
Fanat.Az