Xabi Alonsonun başı yenə də vergi məsələsi ilə bağlı ağrıyacaq.
Fanat.Az xəbər verir ki, sabiq futbolçu daha öncə İspaniyada imic haqları ilə vergidən yayınmaqda ittiham olunsa da bəraət qazanmışdı. Ancaq Madriddə bir hüquqşünas işi yenidən açıb. Xabi 3 ayrı vergi saxtakarlığında ittiham olunaraq 8 illik həbs cəzası istənilib.
"El Konfidensial"da yer alan xəbərə görə Alonso vergi mütəxəssislərinin Madeyrada bir hesabda gəlir saxlamalarına dair iddiaları rədd edib. Dosye daha öncə Madeyranın Avropa Birliyi torpağı sayılması və vergi cənnəti olmadığı əsası ilə bağlanmışdı.
Yeni iş isə Alonsonun 2010-2012-ci illərdə Madeyradakı Kardzali adlı bir şirkəttə 4,9 milyon avroluq imic haqlarını gizlətməsi ilə bağlı açılıb.
Fanat.Az