Monteneqro çempionatında 25-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Tural Hümbətovun formasını geyindiyi "Deçiç” "Kom”un qonağı olub. Sonadək ehtiyatda qalan Turalın komandası 2:1 hesablı səfər qələbəsinə sevinib. Bu qələbə sayəsində xal hesabını 19-a çatdıran "Deçiç” sonunculuqdan qurtula bilməyib.
Tuzi təmsilçisi turnir cədvəlində 10-cu pillədə qalıb.
Fanat.Az