Rusiya Premyer Liqasında XXIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası "Rostov” Tula "Arsenal”ının qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Start heyətində yer almayan Ayaz 46-cı dəqiqədə meydana çıxıb.
Hesabında 27 xal olan "Rostov” turnir cədvəlində 10-cu yerdə mövqe tutub.
Fanat.Az