Kiprin I Divizionunda XXIX turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis” də növbəti matçına çıxıb.
Famaqusta təmsilçisi səfərdə AEL-lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Araz 89-cu dəqiqədə meydana çıxıb.
29 oyuna 60 xal toplayan "Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Fanat.Az