"Real Sosyedad”ın baş məşqçisi Eusebio Sakristan istefaya göndərilib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Real Sosyedad”ın La Liqanın XXIX turunda "Xetafe”yə ev məğlubiyyəti (1:2) radikal addımın atılmasıyla sonuclanıb. Belə ki, meydan sahibləri oyunun gedişində hesabda önə keçsələr də, üstünlüyü qorumağı bacarmayıblar. Bundan narazı qalan rəhbərlik çıxış yolunu Sakristanı qovmaqda görüb.
Qeyd edək ki, Eusebio Sakristan 2015-ci ildən "Real Sosyedad”ı çalışdırırdı.
Fanat.Az