Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda birinci divizionun 18-ci turunun oyunları müzakirə olunub və qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
MOİK – "Binə” matçında meydan sahiblərinin heyətində cəzalı olan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, "hərbçilər” 400 manat məbləğində cərimə olunub.
"Zaqatala”nın futbolçusu Osman Qurbanov "Turan Tovuz"la oyunun 90-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimələnib.
"Mil-Muğan" isə "Sabah"la matçda 5 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə olunub.
Fanat.Az