Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, toplantıda I divizionun XIX turunda baş verən hadisələrə hüquqi qiymət verilib.
"Ağsu” - "Zaqatala” matçının 54-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində "Zaqatala”nın futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza alıb, klub 20 manat cərimələnib.
"Turan Tovuz” - "Şüvəlan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 320 manat cərimə olunub.
"Sabah” - "Binə” matçının 90+2-ci dəqiqəsində qonaqlarda Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə edilib.
"Xəzər” - "Mil-Muğan” matçının 80-cı dəqiqəsində isə qonaq komandanın üzvü Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. AFFA onu 2 oyunluq cəzalandırıb, klubu 160 manat cərimə olunub edib.
Fanat.Az