17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun VII qrupunun II turunun hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin İrlandiya ilə qarşılaşmasını israilli Meytar Şemeş idarə edəcək.
Onun köməkçiləri həmyerlisi May Moalem və almaniyalı Anya Klimm olacaq. Daha bir almaniyalı Miriam Şveynefus isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, martın 25-də keçiriləcək qarşılaşma Almaniyanın Qrafsvald şəhərindəki "Volksstadion”da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Fanat.Az