"Müsbət nəticə gözləyirdik. Burdan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq”. Fanat.Az xəbər verir ki, bu sözləri futbol üzrə 21 yaşadək milli komandamızın baş məşqçisi Rəşad Sadıqov deyib.
U-21 yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə qarşılaşan komandamız 0:2 hesablı məğlubiyyətə üzülüb.
Qarşılaşma haqqında fikirlərini AFFA-nın "Facebook" səhifəsi ilə bölüşən Sadıqov oyunu belə şərh edib: "Əslində, futbolçular pis mübarizə aparmadılar. İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və yaxşı nəticə qazanaq”.
Fanat.Az