Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ"la "Sumqayıt" yoxlama görüşündə üz-üzə gəlib. Fanat.Az xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da baş tutub.
Yığmaların heyətində yer alan futbolçuların qatılmadığı görüş Ağdam təmsilçisinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 2:1. Ölkə çempionunun heyətində Pedro Enrike və Ruslan Hacıyev fərqlənibsə, "Sumqayıt"ın yeganə qoluna Elnur Abdullayev imza atıb.
Fanat.Az