Almaniyada keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsi davam edir. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi bu gün VII qrupda növbəti matçına çıxıb.
Martın 22-dəki ilk görüşündə meydan sahibi Almaniyaya böyük hesabla (0:5) məğlub olan qızlarımız bu dəfə İrlandiya ilə üz-üzə gəlib. Qrafsvald şəhərindəki "Volksstadion”da baş tutacaq görüş yığmamız üçün yenə məğlubiyyətlə yekunlaşıb. Komandamız 1 qola üzülüb.
Fanat.Az