Milli komandaların oyunları ilə əlaqədar çempionata verilmiş fasilədən istifadə edən klublar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Fanat.Az xəbər verir ki, belə oyunlardan birində "Zirə” ilə "Səbail” üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyun "Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ayxan Abbasovun komandasında Milan Duriç hesabı açıb, ardınca Mirsahib Abbasov dubl edib. "Səbail”in gücü isə Vüqar Nadirovun təsəlli qoluna çatıb.
Fanat.Az