AFFA-nın İntizam Komitəsi daha bir fırıldağın üstünü açıb. Fanat.az xəbər verir ki, U-14 Liqasında baş tutan ŞKGB - “Davidoba Bələdiyyəsi” matçı ilə bağlı araşdırma aparan komitə qanunsuzluğun olduğunu müəyyənləşdirib.
Belə ki, ŞKGB klubunun heyətində protokolda adı göstərilməyən futbolçu - Ramazan Ramazanov iştirak edib. Bunu aşkarlayan komitə kluba 0:3 hesablı texniki məğlubiyyət verib
Fanat.az