İspaniya Sequndasında XXXII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon” da növbəti matçına çıxıb. Eddinin komandası daha öncə formasını geyindiyi "Ximnastik”i qəbul edib. İsrafilov meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitən matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 38 xal yığan "Alkorkon” turnir cədvəlinin 15-ci pilləsində mövqe tutub.
Fanat.Az