Yığmamızın və "Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, zədəsini sağaldan futbolçu bərpa məşqlərini davam etdirir.
Ötən ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində "Atletiko” ilə görüşdə xəsarət alan futbolçu o vaxtdan bəri yaşıl meydanlara həsrət qalmışdı.
Hələlik müdafiəçinin nə vaxt meydana çıxacağı məlum deyil.
Fanat.Az