Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünə Antalyada hazırlaşacaq yığmamız çalışmalara start verib.
Fanat.Az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov qonşu ölkədə yetirmələrini ilk məşqə çıxarıb.
Qeyd edək ki, sabah "Mardan” stadionunda keçiriləcək Azərbaycan - Makedoniya matçı Bakı vaxtıyla saat 20:00-da başlayacaq.
Fanat.Az