"Atletiko”yla olan müqaviləsinin müddəti 2022-ci ildə bitəcək Antuan Qrizmann klubundan yeni müqavilə təklifi alıb.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi yeni sözləşmə ərəfəsində futbolçunu heyətinə qatmağa can atan "Barselona”yla centlmensayağı razılığa gəlib. Razılaşmaya əsasən Kataloniya klubu danışıqlara mane olmayacaq. Başqa sözlə, Fransa millisinin forvardını başgicəlləndirici təkliflərlə yoldan çıxarmayacaq. "Hindular" isə Qrizmann yeni anlaşmanın şərtləriylə razılaşmayacağı halda "Barsa”ya xəbər yollayacaq.
Qeyd edək ki, "Barselona” DÇ-2018 başlayana qədər keçidi həll etməkdə maraqlıdır.
Fanat.Az