Milli komandalar arasında yoxlama oyunları davam edir. Fanat.Az xəbər verir ki, "Səbail"in futbolçusu Ayron Statinin çıxış etdiyi Kurasao yığması Boliviya ilə qarşılaşıb.
Oyun Kurasaonun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 54-xü dəqiqədə İngiltərənin "Ridinq” klubunda çıxış edən Leandro Bakunanın penlatidən vurduğu qol matçda yeganə olub.
"Səbail"in futbolçusu start heyətində yer alıb. Ayron Stati 88-ci dəqiqədə Çarlton Visento tərəfindən əvəzlənib.
Qeyd edək ki, Ayron Stati "Səbail"dən əvvəl Hollandiyanın "Den Boş", "Eyndhoven" və "Oss" klublarında çıxış edib. 23 yaşlı müdafiəçi ölkəmizdə meydana çıxdığı 17 oyunda 2 qol vurub.
Fanat.Az