Makedoniya millisinin baş məşqçisi İqor Angelovski Azərbaycan yığması ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, rəqib çalışdırıcı nəticədən razı qalmayıb:
"Maraqlı oyun oldu. Nəticədən razı qalmadım, amma oyun haqqında yaxşı deyə bilərəm. Millətlər Liqasında öncə qarşımızda aydın foto var və nə edəcəyimizi bilirik. Şansalar yaratdıq, bəzi məqamlarda son ötürmələrdə dəqiqlik çatmadı, amma nəzərə alaq ki, bu, sadəcə yoxlama oyunudu. Hər kəs öz forması uğrunda mübarizə aparacaq. Qoran Pandev zədələndiyi üçün oyunu davam etdirə bilmədi. Ümid edirəm ki, ciddi xəsarət almayıb və klubunda çıxışını dayandırmayacaq.
VAR yeni sistemdi. Oyun davam edərkən skamyadan hər şeyi görə bilmirik. Amma düşünürəm ki, Nikolovun üzünə dirsəklə vuran azərbaycanlı oyunçu qırmızı vərəqə almalı idi. Nəticədə hakim elə qərar verdi və biz də ona razı olmalıyıq. Mən adətən hakimlərin qərarlarını müzakirə etmirəm”.
Fanat.Az