Milli komandalar arasında yoxlama oyunları davam edir. Ötən gün İspaniya ilə qarşılaşan Argentina yığması 1:6 hesabı ilə yenilib.
Fanat.Az xəbər verir ki, Lionel Messi zədəsi səbəbindən meydana çıxmayıb və qarşılaşmanı tribunadan izləyib. Böyük hesablı məğlubiyyətə üzülən "Barselona"nın ulduzu 74-cü dəqiqədə - komandası 6-cı qolu buraxandan sonra əsəbi şəkildə stadionu tərk edib.
Qeyd edək ki, İspaniyanın heyətində "Real"ın ulduzu İsko het-trik edib, Dieqo Kosta, Tyaqo Alkantara və İaqo Aspas hərəyə bir qol vurub. Argentinanın təsəlli qoluna isə Nikolas Ortamendi imza atıb.
Fanat.Az