FIFA "DÇ-2018"in oyunlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, Rusiyada keçiriləcək mundialda ümumilikdə 99 referi ədalət təmsilçisi olacaq.
Onların 36-sı əsas, 63-ü isə köməkçi hakimlərdir. FIFA Türkiyənin dünya səviyyəsində ən yaxşı referisi olan Cüneyt Çakıra növbəti dəfə etimad göstərib. Təcrübəli hakim "DÇ-2018"in oyunlarına təyinat alacaq. Ona Bahattin Duran və Tarık Onqun kömək edəcəklər.
Qeyd edək ki, Çakır 2014-cü ildə Braziliyada təşkil olunan dünya çempionatında da iştirak etmişdi.
Fanat.Az