Hollandiyanın "Valveyk” klubunda icarə əsasında çıxış edən Ozancan Kökcü mövsümün sonunda Türkiyəyə dönəcək. Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi müqavilə ilə bağlı olduğu "Bursaspor"a qayıdacaq.
Buna səbəb Hollandiya klubunun heyətində ciddi dəyişikliklər etməsidi. Hollandlar gələn mövsüm Ozancanı heyətdə saxlamaq istəmir. Bu səbəbdən o, mövsüm bitən kimi geri dönəcək və gələcəyi ilə bağlı "Bursaspor" qərar verəcək.
Qeyd edək ki, Ozancan Hollandiya klubunun heyətində 11 rəsmi oyuna çıxaraq və 3 məhsuldar ötürmə verib.
Fanat.Az