"Qarabağ" israilli mərkəz müdafiəçisi Nisso Kapilotonun transferi ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İsrail mətbuatının iddiasını təkzib edib.
"Skautlarımız il ərzində bəzi futbolçuları izləyirlər. Amma Nisso Kapilotonun adını ilk dəfə eşitdim" deyə Nurlan İbrahimov bildidib.
Qeyd edək ki, İsrail mediası "Qarabağ"ın Hayfa "Hapoel"ində çıxış edən Nisso Kapilotonun transeri ilə bağlı danışıqlar apardığını iddia edib.
Fanat.Az