Ufuk Budakın zədəsi sağalmayıb. Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi "Samsunspor” klubunun idman direktoru Coşkun Zeren məlumat verib.
Klub rəsmisi onun hələ də həkim nəzarəti altında olduğunu söyləyib. Futbolçu aprelin 2-də "Adanaspor”la keçiriləcək çempionat matçını buraxmalı olacaq.
Qeyd edək ki, milli komandamızın mart ayında keçirdiyi təlim-məşq toplanışına çağırılan Ufuk Budak AFFA ilə əlaqə saxlayaraq, zədəsini əsas gətirmiş və dəvət edilməməsini istəmişdi.
Fanat.Az