"Barselona"nın çalışdırıcısı Ernesto Valverde komandasının zədəli superulduzu Lionel Messi haqda danışıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalının son durumundan söz açıb.
Mütəxəssis Messinin bu gün "Sevilya"ya qarşı oynayıb-oynamayacağının dəqiq bilinmədiyini söyləyib: "Futbolda zədə qaçılmazdı. İndiki durumda tibbi personalımıza güvənirik. Həkimlərimiz Messinin sıraya döndərmək üçün mümkün olanı edir. Bizə isə gözləmək qalır".
Fanat.Az