Zlatan İbrahimoviç "Los-Anceles Qalaksi”yə keçəndən sonra iddialı açıqlamayla yadda qalıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, isveçli ulduz belə deyib: "Mən qoca doğulmuşam, cavan öləcəm. Yaşımla bağlı narahat olmayın. İngiltərəyə əlil arabasında getdim və üç aya oranı fəth etdim. Aslan yenə acdı. Bura əvvəl də gəlmək istəyirdim. Amma alınmırdı. Qismət imiş, gəldim. "Los-Anceles”in çağırışına səs verdim”.
Xatırladaq ki, 36 yaşlı forvard aldığı ağır zədədən sonra "Mançester Yunayted”lə olan müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq ABŞ çempionatına yollanıb.
Fanat.Az