Ukrayna Premyer Liqasında XXV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya” da növbəti oyununu keçirib. Sözügedən komanda səfərdə "Zirka” ilə üz-üzə gəlib. Oyunda hesab açılmayıb.
Milli komandamızın heyətində zədələnən Paşayev oyunda iştirak etməyib.
Qeyd edək ki, 25 oyundan sonra hesabında 26 xal olan "Aleksandriya" "ikinci altılıq"da 2-ci pillədə mövqe tutub.
Fanat.Az