Millimizin "1 nömrə"si Kamran Ağayev zədələnib.
Fanat.Az xəbər verir ki, əlcək sahibi Topaz Premyer Liqasının XXI turunun hazırda davam edən matçında sıradan çıxıb. "Keşlə”nin qolkiperi "Qarabağ”la səfər matçının ilk yarısında ayağından zədə alıb. Bu səbəbdən matçı davam etdirə bilməyən qolkiper 40-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Ağayevin Orxan Sadıqlı ilə əvəzləndiyi ana qədər "Keşlə” 1:0 hesabı ilə öndədi.
Fanat.Az