"Liderlə aşağı pillələrdə qərarlaşan komanda qarşılaşdı. Ümumilikdə maraqlı alınan görüşün 60 dəqiqəsində yaxşı oynadıq, sonra gücümüz tükəndi”. Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.
Ukraynalı çalışdırıcı Topaz Premyer Liqasının XXI turunun "Qarabağ”la səfər oyununu (1:1) şərh edib: "Biz meydandakıları əvəzləyəndə gənclərə şans verirdik. Bu yaxınlara kimi əvəzedicilərdə oynayan gənclərə... Əlimizdə olan "material”dan tam isrtifadə edirik. "Qarabağ”da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna üzdən heç-heçəni yaxşı nəticə sayıram. Məni yanlış anlamayın. Güclü futbolçu 4 aylıq müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz”.
Fanat.Az