13:36 05.06.2013 1060

"Oyunun təşkilatçısı kimi PFL-in yarıtmaz işi göz qabağındadır"

“Xəzər Lənkəran”ın veteranları və fanklubları ölkə kubokunun finalında baş verən hadisələrlə bağlı futbol ictimaiyyətinə müraciət ünvanlayıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın veteranı Məcid Şirinov, rəsmi fanklubun rəhbəri Samir Qasımov, “Bosman” fanklubunun rəhbəri Mirhafiz Babayev, “12-ci oyunçu” Azarkeş Qrupunun rəhbəri İslam Cabbarlı və “Сaspian Ultras” fanklubunun rəhbəri Ramal Novruzov adından ünvanlanan müraciətdə “Xəzər Lənkəran” azarkeşlərinin final günü xoşagəlməz hadisədə iştirak etmədiyi vurğulanıb: “Əziz həmvətənlər, hörmətli futbol ictimaiyyəti! Azərbaycan kubokunun finalında baş verənlərlə bağlı fikirlərimizi sizinlə bölüşmək istərdik. Cari mövsüm ölkə kubokunun qalibinin müəyyən olunması üçün keçirilən oyunda həm fanklublarımız, həm də biz veteranlar iştirak etdik. “Xəzər Lənkəran”ı təmsil edən azarkeşlər stadionda mütləq əksəriyyəti təşkil edirdi və biz oyunboyu yalnız komandamıza azarkeşlik edib, arenada hər hansı xoşagəlməz hadisənin yaşanmaması üçün əlimizdən gələni etdik. Təsadüfi deyil ki, azarkeşlərimizin tribunalarda açdığı banner və səsləndirdiyi fikirlərdə təhqir adına heç bir ifadə yox idi. Yalnız qarşı tərəfin ilk dəqiqələrdən ünvanımıza səsləndirdiyi müəyyən atmacalara azarkeşlərimiz cavab vermək məcburiyyətində qaldı”. 

Cənublu azarkeşlər hüquq-mühafizə orqanlarının günahkarlara layiqli cəzanı verəcəklərinə inandıqlarını bildirib: “Bununla belə, təəssüflər olsun ki, matç sonrası hamımızın gözü qabağında azarkeşlik etdiyimiz klubun futbolçuları “Neftçi” rəsmiləri və futbolçuları tərəfindən amansızlıqla döyüldü. Biz belə bir mənzərənin yaşanmasından hədsiz dərəcədə məyusuq və hiddətlənmişik. Amma ümid edirik ki, hüquq-mühafizə orqanları günahkarlara lazım olan layiqli cəzanı verəcək. Lakin oyunun təşkilatçısı kimi PFL-in yarıtmaz işi də göz qabağındadır. Bu qədər mühafizəçinin meydanda sərbəst dolaşmasına təşkilatçı qurum niyə imkan yaratmışdı və buna qədər digər oyunlarda da belə hallara göz yummuşdu? Biz futbolda şiddətin, dava-dalaşın bütünlüklə əleyhinəyik. Belə hallar Azərbaycan futbolunun adına xoş heç nə gətirmir. Yaxşı olardı ki, nəinki Lənkəranda, Zaqatalada, Qəbələdə və elə paytaxtın özündə bəzi klublarla oyunlarda “Neftçi”nin yerli komandaların azarkeşləri tərəfindən hiddətlə qarşılanması “Neftçi” rəhbərliyini yaxşıca düşündürsün. Bunun səbəbləri araşdırılsın. Bütün ictimaiyyət gözəl bilir ki, bunun səbəbi harada gizlənir”. 

Daha sonra PFL prezidenti Ramin Musayevin iyunun 3-də telekanaldakı çıxışı hiddətlə qarşılanıb: “Bu mənada bazar ertəsi “Xəzər” TV kanalının efirində PFL prezidenti Ramin Musayevin dilindən biz daha fərqli şeylər eşitmək istərdik. Təəssüf ki, Musayev yenə günahı başqa yerdə axtardı. Söz yox ki, biz də son insidentin daha geniş müzakirələrə yol açmamasının, sakitliyin bərpa olunmasının tərəfdarıyıq. Amma bunun üçün mütləq günahkarlar ciddi cəzalanmalıdır. Amansızlıq edən mühafizəçilərə və operatora oyun cəzası vermək hansı məntiqə sığır, Ramin bəy? Siz hər dəfə hansısa futbolçu döyülən zaman efirə çıxıb “bu məsələni unudaq” deyirsiniz. Eyni çıxışı eyni kanalın efirində Elvin Əliyev, İbrahim Karqbo döyüləndə də deyirdiniz. Amma özünüz də görürsünüz ki, unutdurmağa çalışdığınız, ört-basdır etdiyiniz insidentlər daha böyük müstəviyə çıxır. Çünki, ortada layiqli cəza yoxdur. Bu dəfə ən azı həmişə etdiyiniz hərəkətinizdən qaçın. Daha böyük insidentlərin qarşısını almaq naminə mütləq lazımi cəzalar verilməli, günahı birinci rəhbərlik etdiyiniz qurumda görüb kənarda səhv axtarmamalısınız. Ümid edirik ki, ən azı bu biabırçılıq sizə dərs olacaq!”

Müraciətin sonunda isə oyunda tamaşaçı qismində iştirak edən bütün “Xəzər Lənkəran” azarkeşlərinə təşəkkür çatdırılıb: “Bir daha bütün “Xəzər Lənkəran” azarkeşlərinə olay zamanı göstərdiyi soyuqqanlılıq və mədəni davranışlarına görə minnətdarlıq edir, ölkəmizin futbol ictimaiyyətini isə ölkə futbolunda quldurluq və qoçuluq hallarının növbəti dəfə yaşanmaması üçün lazımi addımlar atmağa səsləyirik”. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X