Neymarı 222 milyon avroya heyətinə qataraq transfer rekordu qıran PSJ daha bir bahalı keçidi reallaşdırmağa hazırlaşır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Paris klubu "Atletiko"nun qapıçısı Jan Oblakı hədəfə alıb.
Sloveniyalı qapıçının sərbəst qalma qiyməti 100 milyon avrodu. PSJ bu məbləği ödəyərək onu heyətinə qatmaq niyyətindədi. Transfer baş tutsa, Oblak futbol tarixinin ən bahalı qapıçısı olacaq.
Qeyd edək ki, "Atletiko" Oblakı 2014-cü ildə "Benfika"dan 16 milyon avroya alıb. Hazırda "Transfermarkt" 25 yaşlı qapıçıya 70 milyon avro qiymət qoyub.
Fanat.Az