16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb. Fanat.Az xəbər verir ki, milli komanda bu gün Bakıda bir araya gəlib.
U-16-nın baş məşqçisi postuna yeni təyin olunan Azər Məmmədov seleksiya xarakterli hazırlıq prosesinə 29 futbolçu dəvət edib. Bunlar Kamran Sarıyev, Fərrux Fərzəliyev, Bəhruz Tanrıverdiyev, Elvin Abdullayev, Kənan Kərimov, Vüsal Vəliyev, Şahin Kərimli, Fərid İslamzadə (hamısı "Vətən”), Rəşad Həsənov, Əbil Əbilov, Seymur Məmmədov (hamısı "Keşlə”), Kamal Kazımov, Rauf Rüstəmli, Mehrac Baxşəliyev, Ümid Həmzəyev, Vüsal Mirzəzadə, Ülvi Mədətov, Orxan Səlimov, Süleyman Domadayev (hamısı "Qəbələ”), Mirismayıl Rəhimov, Fidayə Əzizli (hər ikisi "Qarabağ”), Cəlal Hüseynov ("Zirə”), Elgün Bayramov ("Turan”), Ümid Səmədov ("Kəpəz”), Alı Alı ("Sumqayıt”), Arif Məmmədovdu ("Səbail”).
Fanat.Az