20:36 02.04.2018 1546

Samir Abasov: "Onların qələbə qazana bilməməsi digərlərini güclənməsi deməkdi"

Topaz Premyer Liqasının XXI turunda səfərdə "Qəbələ" ilə 1:1 hesabı ilə heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransı keçirib. Mütəxəssis əvvəlcə oyun haqqında danışıb:

- Komanda fiziki baxımdan düşməyib, əksinə, Tural Axundovun oyunun sonlarına yaxın hücuma getməsi və qol epizodu yaratması hər şeyi açıq-aydın göstərir. Bütün komponentlərdə komanda yaxşı çıxış etdi. İnanırdıq ki, "Qəbələ"yə qarşı nələrsə edə bilərik. İkinci yerdə olan komanda ilə səfərdə heç-heçə ediriksə, bu da bir uğurdur. Futbolçular çox əziyyət çəkdilər. Hirsləndiyim və məyus olduğum məqamlar da var. Cavid İmamverdiyevin oyunu ürəkaçan deyildi. Heç kimdə günah görmürəm. Özüm özümə üzülürəm. Yaxşı temp saxlayırıq. Qoymarıq ki, bu nəticə futbolçulara pis təsir etsin. Görünən odur ki, Cavid İmamverdiyevin oyunu alınsaydı, birinci hissədə oyunu həll elərdik. 

- Qısamüddətli məqşçi karyeranız ərzində Nicat Qurbanov kimi uğurlu əvəzetməniz olubmu?
- Təki bundan sonra da olsun. Çox olsun. 5 müdafiəçidən heç birini çıxartmadım. Nicat sağ olsun, məşqçisinin üzünü ağ elədi. Meydana üç hücumçu buraxdıq. Nicatın bəxtinə qol düşmüşdü ki, onu da vurdu. Nicatdan əlavə, digər futbolçular da qol vura bilərdi. Amil qol epizodundan yararlana bilmədi. Kaş o da qol vurardı. 

- Amili əvəzləməyi düşünürdünüz?
- Fikirləşirdim. Amil ilə Cavidin arasında seçim etməliydim. Amilin hərəkətli olmağı xoşuma gəldi. Fikirləşdim ki, onu da hücumçu kimi itirə bilərik. Dabo sürətli olduğuna görə iki müdafiəçidən qaça bilərdi. Onlar çox geriyə qayıtmadıqlarına görə əks hücumda yaxalana bilərdik. Ona görə də 5 müdafiəçini də saxladım. Amma hücumda da kəsərimiz azalmadı. Əksinə, Azərlə Turala da tapşırdım ki, hücumda olsunlar. 

- Hakim idarəçiliyi sizi qane etdi?
- Əla. 

- "Qarabağ" və "Qəbələ" "Sumqayıt"ı məğlub edə bilmir. Büdcəyə görə sizdən güclü olan komandalar zəifləyib, yoxsa Sumqayıt güclənib?
- Çempionatı dəyərləndirməyimi istəyirsiniz. Komandalar qışdan sonra daha da güclənib. "Qarabağ"ın və "Qəbələ"nin qələbə qazana bilməməsi digər komandaların güclənməsi deməkdir. Bu, həqiqətən də belədir. Bizim komandada çoxlu transfer olmadı. Təki həmişə belə olsun. Bizi uda bilməsinlər. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X