"Vacib 3 xal qazandıq. İlk hissədən yox, ikinci hissədən razı qaldım. Fasilə dövründə yoxlama oyunu keçirə bilmədik. Çünki 10 futbolçumuz, həmçinin, 3 qapıçımız millilərin düşərgəsində idi. Emin Mahmudov cəzalı idi. İlkin Qırtımov isə xəstə idi, onun qzıdırması var idi. Çətin olacağını bilirdik. Futbolçularımı, azarkeşləri qələbə mübasibətilə təbrik edirəm”. Bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının XXI turunda "Səbail”lə qarşılaşan "ağ-qaralar” 2:0 hesablı qələbə qazanıb. Matçdan sonra mətbuat konfransı keçirən Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
- Qışda heyətə cəlb edilən legionerlərin oyunundan razısız? Onlardan bir çoxu əsas heyətə düşə bilmir...
- Mən "qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm. Məsələn, Mirabdulla Abbasov son oyunlarda yaxşı oyun sərgiləyir, döyüşür ona görə, bu futbolçuya şans verməkdə davam edirəm. O ki qaldı legionerlərin əsas heyətdə olmamasına, onlar hamısı səviyyəli futbolçulardı. Çalışacağıq onların formasını bərpa edək.
- Soni Mustivar bu gün komandada debüt etdi. Necə təsir bağışladı?
- Mustivar səviyyəli futbolçudu. Vaxtilə Rumıniyada "Petrolul”da kapitan olub, MLS-də çıxış edib. Həm o, həm də digər futbolçuları bu mövsümdə sınayıb baxacağıq. Bundan sonra növbəti mövsümdə kimlərlə çıxış edəcəyimizə qərar verəcəyik.
- "Qəbələ” çempionatda yenə xal itirdi. Bu komanda kubokda rəqibinizdi...
- Həm kubokda, həm çempionatda sona kimi mübarizə aparacağıq. Belə bir söz deyirlər ki, guya mən avrokuboklara vəsiqə qazanmağa söz vermişəm. Mən belə bir söz verməmişəm. Komanda Avroliqaya vəsiqə qazanıb, orda 2 mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacamsa, mənə lazım deyil.
- Ramil Şeydayevin növbəti mövsümdə "Neftçi”yə keçəcəyi deyilir...
- Həmişə demişəm, indi də deyirəm, kluba mənim icazəm olmadan heç kim transfer edilmir. Ramil isə mənim transfer siyahımda yoxdu. (Apaport.az)
Fanat.Az