22:20 02.04.2018 1721

Samir Əliyev: “Milliyə dəvət aldığı üçün “şişib”

"Çalışırdıq ki, "Neftçi”ni 3-cü zonada sıxaq. Bəzən alındı, bəzən yox. Komandamın oyunundan razı qaldım. Matçdan sonra futbolçulara təşəkkür etdim. Hələlik ustalıq səviyyəmiz buna imkan verir”. Bu sözləri "Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

Topaz Premyer Liqasının XXI turunda səfərdə "Neftçi” ilə qarşılaşan debütant 0:2 hesablı məğlubiyyətə üzülüb. Oyundan sonra mətbuat konfransı keçirən Əliyev jurnalistlərin suallarını cavablandırıb. 

- İlk və ikinci hissənin əvvəllərində komanda zəif təsir bağışlayırdı...
- Buna hazır idik. Bizə lazım idi ki, ilk 15-20 dəqiqədə bu təzyiqə dözək. Ola bilsin, komandanın həyəcanı ilə bağlıdı. Normaldı. Məğlub olmağımıza baxmayaraq, komandadan narazı qalmadım. 0:1-dən sonra qol fürsətlərimiz də var idi. 

- "Neftçi” ilə çempionatdakı ilk oyununuzda qalib gəlmişdiz. Son iki matçda isə bu komandadan 6 qol buraxdız. Bu müddətdə dəyişən nə olub?
- İkinci turda 1:0 hesabıyla qalib gəlmişdik. Lakin 0:4 hesabıyla məğlub olduğumuz oyunda bərbad oynamışdıq. "Neftçi” də həmin komanda deyil. Bu komanda son vaxtlada yüksəlişdədi. 

- Statinin protokolda adı yox idi...
- O, yığmadan yeni qayıdıb, yorğun idi. Ola bilsin, növbəti oyunda şans qazansın. 

- Çempionatda hansı komandanın oyununa baxıb, təsəlli tapırsız ki biz bunlardan daha yaxşıyıq?
- Heç bir komandaya. Öz oyunumuza baxır, oyunumuzu təkmilləşdirməyə çalışırıq. Klub rəhbərliyi də bilir ki, birdən-birə heç nə olmur. Pillə-pillə irəliləməyə çalışacağıq.

- Komanda növbəti mövsümdə avrokubokları hədəfləyəcək?
- Növbəti mövsümdə rəhbərlik qarşımıza hansı hədəfi qoyacaq, bilmirəm. Lakin növbəti mövsüm üçün komandanı formalaşdırmağa başlayacağıq. Bu mövsüm əsas məqsəd qapazaltı olmamaq idi. Bunu da bacardıq. 

- Komandanın buraxdığı ikinci qol barədə nə deyə bilərsiz?
- Buna qapıçılarla işləyən məşqçilər qərar verəcək. Komanda qol buraxıbsa, bunda hamı günahkardı. 

-Kərim Diniyevi komandaya yeni cəlb olunanda mərkəz müdafiəçisi kimi oynatsaz da, bu gün dayaq yarımmüdafiəçisi mövqeyindən sınadınız...
 -Bilirsiniz ki, bu mövqe Kərimə yad deyil. Ümumilikdə isə, Tamazinin oyunu bu gün xoşuma gəlmədi. Yersiz sarı vərəqə aldı, səhvlər etdi. Yəqin, Gürcüstan millisinə dəvət aldığı üçün "şişib”.(Apasport.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X